Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya dövründə artıq Azərbaycan bir sıra önəmli tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur.

13 iyul 2020 | 16:00

(Covid–19) pandemiyası dövründə Prezident İlham Əliyevin çoxsaylı konfransları zəruri hal almışdır. Beynəlxalq təşkilatların konfransları pandemiya ilə mübarizədə xüsisi yer almışdır. Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir. Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanı narahat edən və mühüm humanitar məsələyə çevrilən COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi barədə təşəbbüsünü BMT-yə üzv olan 193 ölkədən 130-nun dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük hörmətin və etimadın göstəricisidir. Azərbaycan birləşdirici siyasət həyata keçirir və cənab Prezidentin təşəbbüsünün məqsədi dünya ölkələrinin COVİD-19 pandemiyasına birlikdə və bir - birinə yardım edərək qalib gəlməyimizdir.

Bütün dünyanı bürüyən dəhşətli pandemiyaya qarşı mübarizədə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsus olması cox qürurvericidir və biz bununla fəxr edirik.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırırıq.

Keçidlər