Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi Sessiyanın keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.

14 iyul 2020 | 16:00

Cənab Prezidentin bütün beynəlxalq kürsülərdə dəyişməz, cəsarətli, məntiqli nitqində Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bəyan etməsi, ordumuzun gündən - günə güclənməsi, xalqımızın, mərd oğullarımızın vətənpərvərliyi bizi hər gün qələbəyə yaxınlaşdırır. Dünyada Covid -19 pandemiyası başlayandan bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən koronovirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Pandemiyaya qarşı mübarizə sahəsində ilk regional həmrəylik təşəbbüsünü Prezident İlham Əliyevin hələ aprel ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu qurumda bir araya gələn dövlət və hökümət başçılarının fövqəladə zirvə görüşünü keçirməsi idi. Qoşulmama Hərəkatının sədri olan İlham Əliyevin təşəbbüsü ilə mayın 4 –də Qoşulmama Hərəkatının Təmas Qrupunun da Covid 19 Pandemiyası ilə bağlı onlayn zirvə görüşünü keçirdi. BMT Baş Assambleyasının Koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sesiyasının keçirilməsi barədə tarixi qərar qəbul edilməsi, 130 dövlətin dəstəyi, qərarların perspektivlərinin, beynəlxalq münasibətlərin bir daha yaxınlaşması və güclənməsidir. Covid 19 -la mübarizə Prezident İlham Əliyevin nəzarəti və rəhbərliyi altında aparılır. Məqsəd insanları, onların sağlamlığını,həyatlarını xəstəlikdən qorumaq, xalqımızı bu fəlakətdən müdafiə edərək əvvəlki həyatımıza qaytarmaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasəti sayəsində Azərbaycan yüksəlişə və inkişafa sahibdir. Bütün dünyada pandemiyasız həyatın bərqərar edilməsinə çalışan Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük çağırışı” hər bir Azərbaycan vətəndaşının əsas mövqeyi və vəzifəsi olmalıdır.

Keçidlər