Şriftin ölçüsü :

Saytın rəngi :

Xəstəliyə yoluxma tempi yüksəkdir, amma vəziyyət nəzarət altındadır.

08 iyul 2020 | 16:00

Ölkədə Covid – 19 pandemiyası və xüsusi karantin rejimi elan olunqudan sonra hər bir vətəndaş dövlət tərəfindən tibbi və sosial qayğılarla əhatələnmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağının tikildiyi və ya əsaslı təmir edildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, nə qədər böyük işlər görülüb. Artıq mövcud xəstəxana fondu, xüsusilə müasir xəstəxanaların fəaliyyəti uzun illər ərzində tələbatımızı ödəyəcək. Ancaq koronavirus pandemiyası əlbəttə ki, öz qaydalarını diktə edir, ona görə yeni xəstəxanaların tikintisi labüddür. Xəstəxana tikintisi çox vaxt aparır, həm layihələndirmə işləri, onun texniki tərəfi, yerin seçilməsi. Yeni texnologiyalara üstünlük verilərək modul tipli, tez bir müddətdə yığılan və sonra sökülə və başqa yerə daşına biləcək xəstəxanaların tikintisi təmin edildi.

Azərbaycanda Covid - 19 pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə koronavirus xəstələrin qəbulu və müalicəsi üçün əlavə xüsusi avadanlıqlarla təchiz olunmuş modul tipli xəstəxanalar istifadəyə verilmişdir.

Yoluxmuş xəstələrin sayı artdığı üçün ölkədə sərt karantin rejimi tətbiq olunmuşdur və bunu nəzərə alaraq dövlət tərəfindən işsiz kimi qeydə alınan vətəndaşlara 190 manat məbləğində birdəfəlik sosial yardım ödənildi.

Dövlət başçısı Cənab İlham Əliyevin martın 19-da imzaladığı fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Azərbaycan beynəlxalq səviyyədə dəstəkdə hər zaman ön sıralardadır. Bu gün dünyada pandemiyanın təsirləri nəticəsində maliyyə vəziyyəti pisləşmiş 150 ölkə beynəlxalq maliyyə qurumlarına yardım üçün müraciət edib və Azərbaycan bu ölkələrin arasında deyil, Azərbaycan özü 30-a yaxın ölkəyə həm maddi, həm də tibbi ləvazimatlarla yardım göndərib. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım göstərib ki, bu da dünyada pandemiyadan əziyyət çəkən və pandemiyaya qarşı mübarizə aparmaqda maliyyə cəhətdən əziyyət çəkən ölkələrə yardım göstərilməsinə imkan verəcək.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” şüarı ilə sosial aksiya başlamışdır Keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə yardım etməkdir.

Prezident İlham Əliyev nitqində söylədiyi kimi : “Bizim atdığımız bütün addımlar qabaqlayıcı xarakter daşıyır.” Yoluxanların sayının minimuma endirilməsi və tamamilə yox olunması məqsədilə hər bir Azərbaycan vətəndaşının dövlətin tətbiq etdiyi qaydalara riayət etməsi olduqca vacibdir.

Özümüzü qoruyaq ki, ətrafımız sağlam olsun!

Keçidlər