Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin BMT Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi mövzusunda Şuşa Rayon İcra Hakimiyyəti başçısı idarə,müəssisə və təşkilat rəhbərləri ilə videokonfrans keçirdi.

01 iyul 2020 | 16:00

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov konfransı BMT-nin 130-dək üzv dövlət tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir nitqi ilə başladı. Diqqətə çatdırdı ki, pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq. Sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Biz birlikdə güclüyük çağırışında bəşəriyyəti bürüməkdə davam edən koronavirus infeksiyası şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıqda birlikdə güclü olmağın zəruri bir mərhələsi başlanmalıdır. Bu təşəbbüs Azərbaycanın dünyada reytinginin necə artdığını göstərən bir amildir. BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti olduğu üçün bununla fəxr etmək, qürur duymaq lazımdır. Başçı bu gün dunyada Covid - 19 pandemiyasına qarşı böyük mübarizə getdiyini, bu məsələnin cənab prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu qeyd etdi. Prezidentin tapşırığına əsasən Nazirlar Kabinetinin yaratdığı Operativ Qərargahının son günlər keçirdiyi brifinqlərdə xəstəliyin yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin, karantin rejiminin yenidən sərtləşməainə baxmayaraq yenə insanların biganəliyi və laqeyidliyi əhali arasında görünməkdədir. Birmənalı şəkildə dəfn mərasimlərinin, müxtəlif tədbirlərin, qonağlıq və şənliklərin qadağan olduğunu diqqətə çatdırdl. İdarə və müəssisə rəhbərlərinə, ərazi inzibati icra nümayəndələrinə ciddi tapşırıqlar verərək vətəndaşların tibbi vəsaitlərdən, dizenfeksiyaların vaxtlı - vaxtında edilməsinə ciddi nəzarət etmələrini tapşırdı. İnsanlarla ünsiyyətin məhdudlaşdırılmaları üçün ciddi tapşırıqlar verdi. Başçı Prezident İlham Əliyevin pandemiya ilə mübarizədə vətəndaşların və əhalinin qorunması üçün qərar və tövsiyyələrə riayət edilməsinə icra məmurlarına xüsusi vəzifə kimi tapşırdı. Konfransda vətəndaş məmnunluğu və əhalinin aztəminatlı ailələrə diqqət göstərməyi, problemlərin həll edilməsinə çevik münasibət bəslənmələri vacib məsələ kimi diqqətə çatdırdı. Başçı verilən sualları cavablandırdı və görüləcək işlər haqqında məlumat verdi.

 

Keçidlər