Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edilmişdir

29 dekabr 2019 | 16:00

 

Dekabr ayının 29-da Şuşa şəhər 1 nömrəli tam orta məktəbində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibəti ilə rayon tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Aparatın məsul işçiləri, Elman Məmmədov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblilər, “Dağ Yəhudiləri” dini icmasının və “Tankçılar” ictimai birliyinin üzvləri, Qarabağ qaziləri iştirak edirdi.

Vüsalə xanım Fətəliyeva tədbirdə çıxış edərək, rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun adından bütün şuşalıları qarşıdan gələn 2020-ci il və dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik etmiş, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır. Ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etməsindən danışan V.Fətəliyeva yaxın gələcəkdə öz doğma Qarabağımızda yeni il şənliklərini keçirəcəyimizə inamını vurğuladı.

Tədbirdə “Dağ Yəhudiləri” dini icması Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovu Albert Araqunovun xatirəsinə təsis edilən ordenlə təltif etmişdir.

Tədbir Şuşa rayon Mədəniyyət Mərkəzinin, “Şuşanın dağları” xalq çalğı alətləri ansamblının və “Buta” rəqs birliyinin konsert proqramı ilə davam etmişdir.

 

 

Keçidlər