Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanda 650 min ağac əkiləcək - Birinci vitse-prezidentin TƏŞƏBBÜSÜ

06 dekabr 2019 | 16:00

 

Bu gün Azərbaycanda 650 min ağac əkilib. Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyasında Şuşa rayon ictimaiyyəti də fəal iştirak edib.
Şuşa rayon İcra Hakimiyyətinin müavinləri, Aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər “Ramana-450” qəsəbəsində 650 ağacın əkilməsində yaxından iştirak ediblər.

Keçidlər