Şriftin ölçüsü :

Saytın rəngi :

Qaçqın və məcburi köçkün gənclərin V yaradıcılıq festival-müsabiqəsi

06 dekabr 2019 | 16:00

 

Dekabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında qaçqın və məcburi köçkün gənclərin V yaradıcılıq festival-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və qala-konserti keçirilib. Festival-müsabiqənin keçirilməsində əsas məqsəd qaçqın və məcburi köçkün gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə kömək göstərilməsi, onlara dövlət qayğısının daha da artırılması və asudə vaxtlarının səmərəli təşkilidir.

Qaçqın və məcburi köçkün gənclərin V yaradıcılıq festival-müsabiqəsinin qalibləri mükafatlandırılıb. Şuşa rayonundan rəqs naminasiyasında Cabbarlı Zeynəb, Zeynallı Rəvan və Ələkbərli Ayxan 1-ci, rəsm naminasiyasında Sadıqova Leyla 2-ci və musiqi naminasiyasında Novruzov Səməd 3-cü yerlərə layiq görülmüşlər.

Mərasim qala-konsert ilə başa çatıb.

 

 

 

 

Keçidlər