Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Şuşa rayon təşkilatında gənclərlə görüş keçirilmişdir

21 noyabr 2019 | 16:00

 

Yeni Azərbaycan Partiyasının Şuşa rayon təşkilatında Partiyanın yaranmasının 27-ci ildönümü  ilə əlaqədar gənclərlə görüş keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının yaranmasına həsr olunmuş videoçarx tədbir iştirakçıları tərəfindən maraqla izləndi. 
YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxış edərək  partiyanın 27 il keçdiyi  əzmkar yolundan, rayon təşkilatının fəaliyyəti haqqında geniş məlumat verdi. T.Əliyev öz çıxışında  ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə həyat və fəaliyyətini Azərbaycan Respublikasının inkişafına, dünya dövlətləri arasında layiqli yer tutmasına həsr etməsindən, millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşmasından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı uğurlu daxili və xarici siyasətindən, öz sıralarında yüz minlərlə üzvü birləşdirən YAP-ın əsl ümumxalq partiyasına çevrilməsindən bəhs etdi.  Partiya sədri Möhtərəm Prezidentimiz İlham Əliyevin ulu öndərin siyasi kursunu uğurla davam etdirməsini, bu gün ölkəmizin sosial-iqtisadi qüdrətinin günü-gündən artmasını, beynəlxalq tədbirlərə ev sahibliyi etməsini diqqətə çatdırdı.     
Tədbir  “Sabaha İlhamla”  klipi ilə yekunlaşdı.

 

Keçidlər