Şriftin ölçüsü :

Saytın rəngi :

“Bayraq günü”nə həsr olunmuş tədbir keçirilmişdir

09 noyabr 2019 | 16:00

 

Şuşa rayon Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində “Bayraq günü” ilə əlaqədar “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirilmişdir.

Tədbirdə Milli Məclisin deputatı Flora Qasımova, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, QHT sədrləri Xatirə Vəliyeva, Nəsimi Qarabağlı, Səriyyə Cəfərova və Təhsil Problemləri İnstitutunun əməkdaşı İlham Hüseynov iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

4c sinif şagirdlərinin hazırladığı “Bayraq”, “Azərbaycan dünyam mənim”, ”Qalx ayaqa dünyam mənim” şeirləri söylənildi. “Çırpınırdı Qara dəniz” mahnısı şagirdlər tərəfindən xor şəklində ifa olundu.

Keçidlər