Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

21 oktyabr 2019 | 16:00

 

Oktyabr ayının 18-də Şuşa rayonunun ümumtəhsil məktəblərində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə çıxış edənlər müstəqilliyin ilk illərində Azərbaycanın dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdiyini xatırladıblar. Bildirilib ki, xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edilib. Həmçinin ictimai-siyasi sabitlik bərqərar olub və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradılıb. Azərbaycanın bugünkü inkişaf yolu məhz o vaxtlar Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsidir.

Bədii hissədə şagirdlər müstəqilliyə aid şeirlər söyləyib, mahnılar ifa edib və maraqlı səhnəciklər, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər

 

 

 

 

 

 

 

Keçidlər