Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon təhsil işçilərinin peşə bayramı qeyd edilmişdir

05 oktyabr 2019 | 16:00

 

Oktyabrın 4-də Beynəlxalq Müəllimlər Günü münasibətilə Şuşa rayon təhsil işçilərinin peşə bayramı qeyd edilmişdir. Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və onun müavinləri, rayonun təhsil müəssisələrində çalışan müəllimlər, idarə və müəssisə rəhbərləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov peşə bayramı münasibətilə rayonun təhsil işçilərini təbrik etmiş, gənc nəslin təlim-tərbiyəsində uğurlar arzulamış və bildirmişdir ki, müəllim adı hər zaman böyük hörmətlə, yüksək ehtiramla çəkilmişdir. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsi, hər il Beynəlxalq Müəllimlər Günü ərəfəsində onlarla müəllimin dövlət təltiflərinə layiq görülməsi təhsil və elm sahəsində çalışan ziyalılara yüksək etimadın təzahürüdür.

B.Səfərov bildirmişdir ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında sərəncamlar, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb proqramı” və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva şagirdlərin biliyinin artırılması istiqamətində görülən işlərdən, təhsil sistemində əldə olunan nailiyyətlərdən danışmış, bu uğurların qazanılmasında əməyi olan bütün müəllimləri peşə bayramları münasibətilə təbrik etmişdir.

Tədbirdə çıxış edən Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev, Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru Vəsilə Xəlilova, Sumqayıt Regional Mədəniyyət idarəsinin Şuşa nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov və başqaları cıxış edərək müəllimləri peşə bayramları münasibətilə təbrik etmiş, yeni dərs ilində onlara uğurlar arzulamışlar.

Təhsil sahəsində qazandığı uğurlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş Şuşa rayon Malıbəyli kənd məktəbinin direktoru Günəş Hüseynova göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişdir.

Tədbir bayram konserti ilə davam etmişdir.

Keçidlər