Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətində Dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir

23 iyun 2019 | 16:00

 

Şuşa rayon İcra Hakimiyyətində 23 iyun - Dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov öz çıxışında 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edərək hər birinə uğurlar arzulayıb. B.Səfərov Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dövlət qulluğunun qeyd edilməsi, qüvvəyə minməsi və digər hüququ aktlara dair imzladığı qanun, fərman və sərəncamlar barədə geniş məlumat vermiş, Respublikamızda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolundan danışmışdır.

Tədbirdə çıxış edənlər bu günün yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanda dövlət qulluğunun baza və prinsiplərinin yaranması ilə bağlı göstərdiyi böyük xidmətlərindən danışmışlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru Xəlilova Vəsilə Əhməd qızı «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilmişdir.

 

 

Keçidlər