Şriftin ölçüsü :

Saytın rəngi :

"28 May Respublika günü"

28 may 2019 | 16:00

Mayın 16-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda "28 May Respublika günü" münasibətilə Sumqayıt Regional Mədəniyyət İdarəsi Bülbülcan adına Şuşa şəhər uşaq musiqi məktəbinin 2018-2019 tədris ilinin yekun konserti keçirilmişdir. Konsertdə Azərbaycan Bəstəkarlar Ittifaqının sədri , xalq artisti ,professor Firəngiz Əlizadə, Şuşa rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Sumqayıt RMİ-nin Şuşa üzrə baş məsləhətçisi Zahid Abbasov, məktəb direktorları,bəstəkarlar və bir çox qonaqlar iştirak etmişlər.Tədbirdə məktəbin şagirdləri xalq mahnılarımızı ,muğamlarımızı, Azərbaycan və xarici bəstəkarların əsərlərini məharətlə ifa etmişlər.Məktəbin direktoru Raqif Məhərrəmov tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.Sonda konsertde iştirak edən şagirdlər ,fərqlənən müəllimlər fəxri fərmanlarla təltif olundular.

 

 

 

 

 

 

Keçidlər