Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa Rayon İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

10 may 2019 | 16:00

 

10 may 2019-cu il tarixdə Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Şuşa Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı ilə birlikdə “Nəsillərə nümunə olan şərəfli ömür yolu” adlı tədbir keçirib. Əvvəlcə, konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzərək xatirəsini yad ediblər.

Tədbir Emin Məmmədlinin ifasında “Zirvə” mahnısı ilə başlayıb. Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxılıb.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Ulu Öndər bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir” mövzusunda çıxış edərək qeyd edib ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli və müdrik şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Heydər Əliyev bəşər tarixinin nadir şəxsiyyətlərindəndir ki, onun özündən sonra qoyub getdiyi ideyaları nəinki doğma məmləkətimiz üçün, o cümlədən dünya ölkələri üçün də böyük əhəmiyyət kəsb edir. Bayram Səfərov daha sonra qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün mərhələlərində öz xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma vətənini düşünmüş, onun inkişafı üçün əzmlə çalışmış və üzləşdiyi çətinliklərdən xilas etmək üçün fədakarlıq göstərmişdir. Bu gün minnətdarlıq hissi ilə qeyd etmək olar ki, müstəqil Azərbaycanın mövcudluğu, qüdrətli bir ölkə kimi təşəkkülü Heydər Əliyev siyasətinin bəhrəsidir və biz hamımız bunun üçün dahi və bənzərsiz insana borcluyuq deyərək çıxışını yekunlaşdırıb.

YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev ”Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları işığında ” mövzusunda ətraflı çıxış edib. YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva “Heydər Əliyev və Azərbaycan dili”, Şuşa Humanitar

Kollecinin Tələbə Gənclər təşkilatının sədri Mehtiyeva Simarə Tərxan qızı “Ulu Öndərin gənclər siyasəti” mövzularında çıxış ediblər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində III yerin qalibi 9 nömrəli məktəbin IX sinif şagirdi Ülkər Məmmədova çıxış edərək Ulu Öndərimiz haqqında öz ürək sözlərini söyləyib.

Tədbirdə YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub, Ulu Öndərin ad günü ilə bağlı keçirilmiş, şahmat yarışının qalibləri, futbol turnirinin qalib komandaları ,eyni zamanda “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində III yerin qalibi qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

 

 

Keçidlər