Şriftin ölçüsü :

Saytın rəngi :

“Gəlin birgə oxuyaq” şüarı altında rayon tədbiri keçirilib

24 aprel 2019 | 16:00

 

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə rayonun ümumi təhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Gəlin birgə oxuyaq” şüarı altında rayon tədbiri keçirilib.

“Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunub.

Tədbirdə Təhsil Nazirliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.

Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəciklər, tamaşalar, musiqili kompozisiyalar təqdim ediblər.

Sonda şagirdlər “Oxu günü” nə həsr olunmuş fləşmob keçiriblər.

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər