Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə Şuşa rayon qadınlarının bayram tədbiri keçirilmişdir

05 mart 2019 | 16:00

Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə rayon qadınlarının bayram tədbiri keçirilmişdir. Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Aparatın məsul işçiləri, idarə, müəssisə rəhbərləri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ziyalı xanımlar iştirak etmişlər.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qadınları təbrik edərək, onlara ən xoş arzularını çatdırdı, bildirdi ki, Ulu öndər Heydər Əliyevin apardığı dövlət qadın siyasətinin davamı olaraq Prezident İlham Əliyev də ictimai həyatda qadınlara xüsusi diqqət və qayğı göstərir, onların əməyini daim yüksək qiymətləndirir. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. B.Səfərov ölkə başçısı tərəfindən Azərbaycan qadınlarının zəhmətinin, fəaliyyətinin çox yüksək qiymətləndirildiyini, onlara böyük hörmət və ehtiramla yanaşıldığını xüsusi qeyd etmişdir.

Şuşa rayon İcra Hakimyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva, rayon Qadınlar Şurasının sədri Vəsilə Xəlilova, Şuşa rayon Məhkəməsinin sədri Allahverən Həsənov, Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, DTX-nin Qarabağ idarəsinin Şuşa rayon bölməsinin rəisi Anar Rüstəmov, Mərkəzi rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov çıxış edərək qadınları təbrik etmiş, dövlət qulluğunda, humanitar və sosial-iqtisadi sahələrdə, siyasi partiyalarda, ictimai təşkilatlarda çalışan qadınların fəaliyyətini qeyd etmişlər.

Sonra tədbir bayram konserti ilə davam etmişdir. Şuşa rayon Mədəniyyət Mərkəzinin kollektivinin və Şuşa Humanitar Kollecinin tələbələrinin çıxışları alqışlarla qarşılanmışdır.
 

Keçidlər