Şriftin ölçüsü :

Saytın rəngi :

Daşaltı əməliyyatından 27 il keçir

25 yanvar 2019 | 16:00

 

26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatından və 28 yanvar 1992-ci il tarixlərində "Ağdam-Şuşa" marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotunun erməni terrorçuları tərəfindən vurulmasından 27 il keçir.

Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətənimiz Azərbaycan da qəhrəmanlar diyarı, cəsurlar məskənidir. Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Qəhrəmanlar heç vaxt unudulmur. Qədirbilən xalqımız belə qəhrəmanları həmişə qəlbində yaşadır, əbədi bir xatirə kimi yad edir. Ana Vətənin, doğma diyarın, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını fəda edənlərə əbədi eşq olsun!

Şuşa rayon idarə və müəssisələrində Daşaltı əməliyyatı zamanı və "Ağdam-Şuşa" marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotunun erməni terrorçuları tərəfindən vurulması nəticəsində şəhid olanların xatirəsinə həsr edilmiş tədbirlər keçirilmişdir.

Şuşa rayon ictimaiyyəti Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanları heç zaman unutmur, onların xatirəsini daim əziz tutur. Şəhidlər Xiyabanında 26 yanvar 1992-ci il Daşaltı əməliyyatı zamanı şəhid olanların xatirəsinə qoyulmuş lövhə Şuşa rayon İcra Hakimiyyəti tərəfindən yenidən bərpa edilmiş, şəhid olanların xatirəsini əbədiləşdirən, onların hər birinin adı qeyd olunan yeni abidə kompleksi ucaldılmışdır.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Keçidlər