Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Humanitar Kollecində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

11 dekabr 2018 | 16:00

 

2018-ci il dekabr ayının 11-də Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Humanitar Kollecində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, Aparatın məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, Kollecin müəllim və tələbə kollektivi iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən birinə çevrilməsindən, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır. B.Səfərov ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən, ölkəmizə rəhbərlik etdiyi illərdə tariximizə, milli dəyərlərimizə, mədəniyyətimizə, elmimizə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Şuşa Humanitar Kollecinin tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova çıxışında ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında və dünyada tanınmasında misilsiz rolundan danışıb.

Şuşa Humanitar Kollecinin direktoru Rasim Mehdiyev öz çıxışında ümummilli liderin xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyi, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığını qeyd edib.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirildi. Kollecin tələbələri ulu öndərə olan böyük məhəbbətlərini urək sözləri ilə ifadə etdilər.

 

 

 

 

 

Keçidlər