Şriftin ölçüsü :

Saytın rəngi :

«Ramana-450» qəsəbəsində “Xoş söz, xoş niyyət, xeyirxah əməl” adlı aksiya keçirilib

24 avqust 2018 | 16:00

 

Avqust ayının 24-də şuşalı məcburi köçkünlərin sıx məskunlaşdığı «Ramana-450» qəsəbəsində Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının təşəbbüsü ilə “Xoş söz, xoş niyyət, xeyirxah əməl” adlı aksiya keçirilib.

Tədbirdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Şuşa rayon İcra Hakmiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, İcra Hakimiyyəti Başçısı Aparatının məsləhətçi-psixoloqu Fatma Qılıncxanova, Şuşa RİHB-nin Malıbəyli KİƏD üzrə nümayəndəsi Rövşanə Abbasova, Malıbəyli kənd 1 nömrəli tam orta məktəbinin direktoru Günəş Hüseynova, məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.

Tədbir “Ana, bağışla məni” kukla səhnəciyi nümayişi ilə başlayıb. Aksiya çərçivəsində qaçqın və məcburi köçkün uşaqlara psixoloji yardım göstərilib.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza qarşı diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. Qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev qaçqın və köçkünlərlə bağlı problemləri həmişə diqqət mərkəzində saxlayıb, yurd-yuvasından didərgin düşmüş insanlardan diqqət və qayğısını heç vaxt əsirgəməyib. Ulu öndər Heydər Əliyevin başladığı işləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Bu xeyirxah missiya Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də uğurla həyata keçirilir.Bildirilib ki, YAP Nəsimi rayon təşkilatı da qaçqın və məcburi köçkünlərlə mütəmadi görüşlər keçirir, onların qayğı və problemləri ilə tanış olur.

 

Keçidlər