Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamın Ermənistan tərəfindən işğalından 25 il ötür

23 iyul 2018 | 16:00


Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib. İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib.
İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub.
Şuşa rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri 20 iyulda Respublika Xalça Muzeyində Ağdam rayonunun işğalının 25-ci ildönümünə həsr edilmiş “Qarabağın giriş qapısı-Ağdam” və 23 iyulda C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Ağdamsız 25 il" adlı tədbirlərdə iştirak etmişlər.
Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirildi və torpağımızı işğal olunmuş ərazilərindən bir hissə geri alındı. Aprel döyüşləri,  “Böyük qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi, Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və 11 min hektar torpağın işğaldan azad edilməsi bir daha sübut etdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz işğal altında olan bütün torpaqlarımızı tezliklə azad edəcək və üçrəngli müqəddəs bayrağımız doğma yurd yerlərimizdə dalğalanacaqdır!

Keçidlər