Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ordusunun aprel qələbəsindən 2 il ötür

02 aprel 2018 | 16:00

Bu gün Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından iki il ötür.Belə ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.
2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu müxtəlif orden və medallarla təltif edilmişlər. 
Şanlı aprel zəfərindən sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat, sonra isə kəndə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncama uyğun olaraq 4,3 milyon manat vəsait ayırdı.
Ötən müddət ərzində işğaldan azad olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb. Ali Baş Komandan İlham Əliyevin bərpa etdirdiyi Cocuq Mərcanlı kəndi məcburi köçkünlərin öz yurdlarına qayıtdıqları ilk yaşayış məskəni kimi tarixə düşdü.

Keçidlər