Şriftin ölçüsü :

Saytın rəngi :

«Xankəndi-Kərkicahan döyüş gündəliyi»

28 dekabr 2017 | 16:00

«Xankəndi-Kərkicahan döyüş gündəliyi» sənədli filminin təqdimat mərasimi

28 dekabr 2017-ci il tarixdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin mərkəzi qərargahında Xankəndi şəhərinin işğal günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri cənab Bayram Səfərov, Milli Məclisin deputatları, QHT sədrləri, media nümayəndələri, Xankəndi ictimaiyyəti iştirak etmişdir.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Azərbaycan övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov açaraq, ötən illər ərzində Azərbaycanın bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atdığını, beynəlxalq əlaqələrimizin genişləndiyini, ölkəmizin bu gün dünyada çox etibarlı tərəfdaş kimi tanınmasını bildirmişdir.

Cənab B.Səfərov erməni silahlı qüvvələri tərəfindən Xankəndi camaatının öz doğma torpağından didərgin salınaraq, məcburi köçkünə çevrilməsindən, onların yaşam mücadiləsindən, bütövlükdə Qarabağ ağrı-acılarından, faciələrindən danışmışdır.

Sonra «Xankəndi-Kərkicahan döyüş gündəliyi» adlı sənədli filminin videoçarxı nümayiş etdirilmişdir.

Milli Məclisin deputatı Flora Qasımova, Azərbaycan Tibb Universitetinin professoru Mübariz Allahverdiyev, Xankəndi

sakinlərindən Nazim Xudiyev, Kəmalə Şahmuradova öz çıxışlarında erməni vandallarının vəhşiliklərinin ifşasından, məcburi köçkünlərin öz el-obasına, yurduna olan həsrət və bağlılıqlarından, nəyin bahasına olursa-olsun, torpaqlarına qayıtmaq istəyindən söhbət açmışlar.

Tədbirin sonunda “Xankəndi-Məcburi Köçkünlərə Dəstək” ictimai birliyinin sədri Xatirə Vəliyeva çıxış edərək “ Xankəndi-Kərkicahan döyüş gündəliyii” videoçarxının ərsəyə gəlməsində əziyyəti olan hər kəsə öz təşəkkürünü bildirmişdir.

Keçidlər