Şriftin ölçüsü :

Saytın rəngi :

Voleybol üzrə rayon birinciliyi keçirilmişdir

29 sentyabr 2017 | 16:00

29 Sentyabr 2017-ci il tarixdə Şuşa Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Qızlar arasında baş tutmuş yarışda rayon məktəblərinin komandaları iştirak etmişlər. Mübarizə aparan komandalar arasında 1-ci yeri Malıbəyli kənd 1 nömrəli, 2-ci yeri Şuşa şəhər 1 nömrəli və 3-cü yeri Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin komandaları tutmuşlar. Qaliblər müfaviq olaraq kubok, diplom, voleybol topu və digər hədiyylər ilə təltif olunmuşlar.

 

 

Keçidlər