Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon Təhsil işçilərinin sentyabr konfransı

11 sentyabr 2017 | 16:00


Sentyabrın 11-də Şuşa rayon Təhsil işçilərinin sentyabr konfransı keşirilmişdir.Tədbir iştirakçıları əvvəlcə Şuşa şəhər 1 nömrəli tam orta məktəbin foyesində Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq onun xatirəsini böyük ehtiramla yad etmişlər.
Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin məsul işçilərinin, məktəb direktorlarının, müəllimlərin, rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə rəhbərlərinin, yüksək bal toplayan gənclərin və onların valideynlərinin iştirakı ilə keçirilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənmıəsi ilə başladı. Şuşa rayon Təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev 2016-2017-ci tədris ili haqqında hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrin əsaslı təmiri böyük vüsət almışdır. Bu gün ölkəmizdə gənclərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün hər cür şərait yaradılıb. Təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Azərbaycan gəncləri savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvərlər kimi formalaşırlar. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi gənclərin daha yaxşı təhsil almasına imkan verir. Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Şuşa rayonu üzrə fəaliyyət göstərən məktəblərdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Bu qayğının nəticəsidir ki, rayondan ali məktəblərə daxil olan şagirdlərin sayı ildən ilə artmaqdadır.T.Əliyev diqqətə çatdırdı ki, 2017-ci ildə rayonun tam orta məktəblərini 125 nəfər məzun bitirmiş, onlardan 95 nəfəri Dövlət İmtahan Mərkəzinə sənəd vermişdir. Sənəd verənlərdən 62 nəfər məzun respublikanın müxtəlif ali məktəblərinə və 1 nəfər isə Türkiyənin Akdəniz Universitetinə qəbul olunmuşdur. 6 nəfər məzun qəbul imtahanlarında 600-dən çox,  12 nəfər isə 500-dən çox bal toplamışdır. Slayd vasitəsi ilə Şuşa rayon təhsilinin bütün fəaliyyəti, uğurları ekranda əks olunurdu.
Milli Məclisin deputatları Elman Məmmədov, Flora Qasımova, Təhsil Nazirliyinin əməkdaşı Ənvər Abbasov, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, 8 nömrəli məktəbin müəllimi Gülafət Şəfiyeva, valideynlər adından Ezangül Qəmbərova, Şuşa rayonundan ən yüksək nəticə göstərən 18 nömrəli məktəbin məzunu Suqra Abdullayeva çıxış edərək, tələbə adını qazanan tələbələri təbrik etmiş, gənclərə harada olmalarından aslı olmayaraq vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik etmiş, gənclərə əsl vətənpərvər olmağı arzulamışdır. İcra başçısı bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün fəaliyyəti dövründə təhsilə çox böyük önəm vermişdir. Təhsil siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə  uğurla davam etdirilir. Bu gün elm və təhsil quruculuğunda müasir dövrün çağırışları nəzərə alınır, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi "Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” prinsipi ardıcıl şəkildə icra olunur”. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrin əsaslı təmiri böyük vüsət almışdır. Bu gün ölkəmizdə gənclərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün hər cür şərait yaradılıb. Təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Azərbaycan gəncləri savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvərlər kimi formalaşırlar. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla zənginləşdirilməsi gənclərin daha yaxşı təhsil almasına imkan verir.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi xüsusi yer tutur. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələrində təhsil ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf tarixində parlaq bir səhifədir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi Mehriban xanım Əliyevanın təhsilə verdiyi yüksək əhəmiyyətin bir nümunəsidir.
Sonda 300-dən yuxarı bal toplayan tələbələrə rayon İcra Hakimiyyəti tərəfindən pul mükafatı verildi.Təhsildə uğurları olan müəllimlərə Fəxri Fərmanlar verildi.
Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.

Keçidlər