Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşa rayon Tibb işçilərinin peşə bayramı qeyd edilmişdir

17 iyun 2017 | 16:00

17 iyun-Tibb işçilərinin Peşə Bayramı Günü münasibətilə Şuşa Mərkəzi rayon Poliklinikasında tədbir keçirilmişdir.
Tədbiri Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara əhalinin sağlamlığı keşiyində ayıq-sayıq dayanmağı arzulamışdır. Rayon rəhbəri öz çıxışında qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır, müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Cənab Bayram Səfərov dövlət tərəfindən əhalinin sağlamlığına xüsusi diqqət və qayğı göstərildiyini, respublika Prezidentinin tapşırığı ilə əhalinin tibbi müayinədən keçirildiyini bildirmişdir. Səhiyyəyə göstərilən diqqət və qayğını öz rayonumuzun timsalında da aydın görürük. Belə ki, Şuşa Mərkəzi rayon Poliklinikasının maddi - texniki bazası möhkəmləndirilmiş, sahəsinin genişləndirmə işləri aparılmışdır.
Sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov çıxış edərək tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat vermişdir. Möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, bu sahəyə göstərdiyi diqqət və qayğıdan, səhiyyənin inkişafından, Şuşa Mərkəzi rayon Poliklinikasının maddi-texniki bazasının möhkəmləndirilməsindən, son bir ildə  sahəsinin 3 dəfə artırılmasından, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsindən söz açmışdır.
Mərkəzi Rayon Xəstəxanası  Baş həkiminin müavini Kəmalə Səfərova Poliklinikanın fizioterapiya, oftalmologiya kabinetlərinin müasir avadanlıqlarla təchiz edilərək, fəaliyyətə başlamasından, kənd həkim məntəqələrinin  əhaliyə göstərdiyi tibbi xidmətin keyfiyyətindən danışmışdır.
Həkimlərdən – oraninqoloq Sevinc Cəfərova, kardioloq Sevinc Məhərrəmova, oftalmoloq Fidan Məhərrəmova, pediatr Arzu Əliyeva, terapevt Humay Cəfərova, nevropatoloq Aygün Nəzərova, təcili və təxirəsalınmaz tibbi yardım həkimi Lalə Əsədova öz ixtisasları üzrə tibb elminin müasir mərhələdəki inkişaf səviyyəsindən  maraqlı  və yaddaqalan çıxışlar etmişlər.
Şuşa rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsalə Fətəliyeva və Əkbər Hacıyev tibb işçilərini peşə bayramları münasibətilə təbrik edərək, işlərində yeni-yeni nailiyyətlər arzulamışlar.

Keçidlər