Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun - Milli Qurtuluş günü

13 iyun 2017 | 16:00

13 iyun 2017-ci il tarixdə Şuşa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin akt zalında 15 iyun – Milli Qurtuluş gününə həsr edilmiş  tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.

Tədbiri Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov açaraq müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə vaxtında və yenidən qayıdışını müstəqillik tarixinə “Milli Qurtuluş günü” kimi daxil olmasından, ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanmasında  Ulu öndərin müstəsna xidmətlərindən danışmışdır. Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi,  xilaskar missiyası,  qətiyyəti xalqa ruh yüksəkliyi gətirmiş, ölkədə sabitlik və əmin-amanlıq yaratmışdır. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü - 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş günü elan etdi. B.Səfərov Ulu Öndərin ideyalarını uğurla və yaradıcılıqla həyata keçirən ölkə prezidenti cənab İlham Əliyevin respublikamızın davamlı inkişafı naminə gördüyü işlərdən danışmış, bu illər ərzində əldə etdiyimiz uğurların qazanılması istiqamətində onun apardığı müdrik siyasət nəticəsində ölkəmizin potensialının və nüfuzunun günbəgün artdığını vurğulamışdır.

B.Səfərov 15 iyun – Milli Qurtuluş gününün müstəqilliyimizin tarixinə şərəfli səhifə kimi yazıldığını bildirdi, xalqımızı bu əlamətdar gün münasibətilə təbrik etdi.

        Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva  ölkənin xaos, anarxiya şəraitində yaşadığı o günlərdə Azərbaycanın parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi qarşısında qaldığını bildirmiş, xalqımızı bu çətin şəraitdən çıxarmaq üçün öz xilaskarı kimi Heydər Əliyevə üz tutmasının düzgün tarixi seçim olduğunu qeyd etmiş, ulu öndərin iqtisadiyyatın, elm və təhsilin inkişafında, respublikamızın gələcəyi naminə müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətini vurğulamışdır.

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Azərbaycan - yurdum mənim adlı” konsert proqramı rəğbətlə qarşılanmışdır. Konsert proqramında Azərbaycan xalq və bəstəkar mahnıları, teatrın repertuarında olan tamaşalardan səhnələr və Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması  əsasında hazırlanmış eyni adlı musiqili ədəbi–bədii kompozisiyadan parçalar, Milli Qurtuluş gününə həsr olunmuş şeirlər  ifa olunmuşdur.

 

 

 

 

 

 

  

Keçidlər