Şriftin ölçüsü :

Saytın rəngi :

Daşaltı əməliyyatından 25 il keçir

26 yanvar 2017 | 16:00

1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında iştirak edən Azərbaycanın ilk Milli Ordusu (Şıxov taburu), Xüsusi Təyinatlı dəstə (komandir Riyad Əhmədov), Şuşa Özünümüdafiə dəstəsinin əsgər və zabitləri vətənin ərazi bütövlüyü uğrunda canlarından keçdilər.

2017-ci il 26 yanvar tarixində Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatı Elman Məmmədov, İcra Aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, ziyalılar, rayon ictimaiyyəti 26 yanvar 1992-ci il Daşaltı əməliyyatı zamanı və 28 yanvar 1992-ci il tarixlərində "Ağdam-Şuşa" marşrutu ilə uçan “Mİ-8” mülki vertolyotunun erməni terrorçuları tərəfindən vurulması nəticəsində şəhid olanların xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Keçidlər